Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib
05 / 12 / 2017 18:34:27
Oxunma : 29251

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib. 

Şura Katibliyinin hüquq məsələləri üzrə baş məsləhətçi Rauf Məcidbəyli sessiyada çıxış edərək müsabiqə mövzuları, qaydaları, şərtləri və müraciət forması haqqında ətraflı məlumat verib.  

O qeyd edib ki, Şura “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq bu müsabiqədə 20 mövzu üzrə layihə təkliflərinin qəbulunu elan edib.

Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə