Sahib Məmmədov Moskva səfəri və QHT-lərlə bağlı müsabiqələrdən danışıb
12 / 12 / 2017 18:39:09
Oxunma : 7559

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub. Səfər Rusiya İctimai palatasının katibi Valeri Fadayevin dəvəti ilə baş tutub. İki ölkə nümayəndələrinin görüşündə Rusiya və Azərbaycan arasındakı ictimai münasibətlər, QHT-lərin fəallığının artırılması  və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.  QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hüquq məsələləri üzrə ekspert Sahib Məmmədov səfər təəssüratlarını bölüşüb. 

Ekspertin sözlərinə görə, görüşdə iki ölkə arasındakı birgə əməkdaşlığa dair anlaşma memorandumun yenilənməsi nəzərdə tutulsa da, bəzi fikir ayrılığı səbəbindən imzalamayıb. Amma yeni anlaşma sənədinə iki ölkə üçün vacib müddəalar -  əlavələr edilib. Bundan başqa  görüşün nəticəsi olaraq tərəflər arasında müxtəlif sahələri əhatə edən işçi qrupları yaradılıb. 

Söhbət əsnasında Sahib Məmmədov  2018-ci ildə QHT sektoru üçün nəzərdə tutulan 1-ci qrant müsabiqəsindən, QHT-lərlə bağlı tədbir və planlardan da söhbət açıb. Müsahibin fikrincə, növbəti il ölkə üçün əhəmiyyətli yubileylər ili olduğundan Şuranın müxtəlif müsabiqələr də təşkil edəcəyi gözlənilir. 
Sahib Məmmədov  "İctimai iştirakçılıq" haqqında qanunun icrasıyla bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, ölkədə bununla bağlı vəziyyət heç də ürəkaçan deyil.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə