"Yayım" Assosiasiyası "Yeni nəşrlər” layihəsinə start verir!
15 / 01 / 2018 16:53:54
Oxunma : 19567

Yayım  Assosiasiyasının təşəbbüsü ilə, həftədə bir dəfə QHT TV-də yeni kitablar haqqında məlumat veriləcək. 
Bu dəfə kitab müəllifi özü müəllifi olduğu kitabı oxucuya təqdim edəcək və sualları cavablandıracaq. 
Artıq “Yeni nəşrlər” layihəsinin ilk çəkilişlərinə start  verilib.

İlk verilişin qonaqları Azərbaycanın görkəmli uşaq yazıçısı Qəşəm İsabəyli və şairə, jurnalist, publisist Gülnarə İsrfilqızı olub. 
Müəlliflər son dövrlər çap olunan əsərləri haqqında  fikirlərini bölüşüblər.
Qeyd edək ki, layihəyə texniki dəstək "Akadem Kitab" kitab mağazası tərəfindən göstərilir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə