20 yanvar faciəsinin 28-ci ildönümündə məktəblilər Şəhidlər Xiyabanına ziyarətə gəliblər
19 / 01 / 2018 19:17:30
Oxunma : 19208

Yenə paytaxtın müqəddəs yeri olan Şəhidlər Xiyabanındayıq. İnsanlar 100-lərlə şəhidimizin uyuduğu torpağın ziyarətinə gəliblər. Müstəqilliyimizin ilk qurbanları, 20 yanvar şəhidləri artıq 28 ildir ki, bu torpaqda uyuyurlar. 1990-cı ilin 19 yanvarından 20-sinə keçən gecə Sovet imperiyasının Qızıl Ordu əsgərlərinin vəhşicəsinə qətlə yetirdiyi 100 dən çox dinc şəhər sakinimiz.

Vətənin azadlığı uğrunda həyatı sönmüş insanların xatirəsi hər il olduğu kimi bu il də böyük anım mərasimləri ilə yad edilir. Faciənin ildönümünə günlər qalmış Şəhidlər Xiyabanı yenə qırmızı qərənfilə boyanıb. Qanlı yanvar faciəmizi hər an özündə xatirə tutan həmin qırmızı qərənfil.


Şəhidlər Xiyabanını ziyarət edən məktəblilərin sayı bilinmir. Hər kəs izdiham arasında əlində gətirdiyi qərənfili ünvanlamaqda çətinlik tapdığı qəbirin üzərinə qoyur. Bəziləri əlində üçrəngli bayrağımızı dalğalandırmaqla Vətən sevdiyini bildirir. 

Hərbi paltar geyinmiş azyaşlıların "faciə", "ölüm", "şəhidlik" haqqında qavramaları dərin olmasa belə, sağ olsun ki müəllimlər, valideynlər mənəvi borc kimi gələcəyimiz olan uşaqlara xalq, millət sevgisini aşılaya biliblər. 

Uşaqların faciə haqqında düşüncələri doğmalarından, müəllimlərindən, oxuduqlarından anladığı qədərdir. 
 Onlar 28 il əvvəl törədilmiş qətliam haqqında hisslərini yenə də serin dili ilə deməyə çalışırlar.

Şəhidlər nə öləndir, nə də unudulan. Torpaq uğrunda, rahatlığından, ailəsindən, varlığından, canından keçən insanlar daim qəlbimizdədirlər.  

Dünya durduqca, Azərbaycan var olduqca şəhidlərimizin xatirəsini əziz tutmağa andlıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!


Ramina Eyvazqızı 
Mirəli Abdullayev
Elmir Mirzəzadə
// QHT TV




 

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə