Azərbaycan Diabet Liqası fəaliyyətinin 18-ci ilindədir
14 / 02 / 2018 14:48:11
Oxunma : 17031

Azərbaycan Diabet Liqası dövlət qurumlarını mükafatlandırdı.

QHT TV xəbər veri ki, qeyri-hökümət təşkilatları üzvləri, təcrübəli tibb mütəxəsisləri, MM deputatları, eləcə də dövlət qurumu nümayəndələri Azərbaycan Diabet Liqası İB-nin konfransına toplaşıblar. 

2000-ci ildən rəsmi fəaliyyət göstərən ADL yarandığı gündən ölkədə  şəkərli diabet xəstələrə əsas bir neçə  istiqamətdə tibbi, hüquqi, sosial, humanitar,  fiziki və psixoloji yardım proqramları çərçivəsində dəstək verir.

Hazırda təşkilatın 3000-dən çox üzvü, 7 regionda nümayəndəliyi var. Hesabat xarakterli konfrans öncəsi ADL İB-nin sədri, Respublika Endokrinoli Mərkəzinin təcrübəli endokrinoloqu Yeganə Sultanova tədbirlə bağlı fikirlərini  bildirib.

Tədbiri açıq elan edən təşkilatın İdarə Heyyətinin üzvü Arzu Sultanova bütün qonaqları  salamlayıb və onlara ölkə üçün vacib olan məsələ ilə bağlı tədbirdə iştirakları üçün təşəkkürünü bildirib. Ardınca ADL İB sədri Y. Sultanova maraqlı və gərəkli məqamlarla zəngin təqimatını tədbir iştirakçılarının diqqətinə çatdırıb. 

O, əvvəlcə  dunyada 10 ölüm səbəbindən biri olan şəkərli diabetin həqiqətin də gec aşkarlandıqda, ağır fəsadlara yol açdığını və erkən əlilliyə, ölümə səbəb olduğunu bəyan edib. 

Təcrübəli həkimin sözlərinə görə, hər 7 saniyədə 1 insan şəkərli dibaetdən həyatını itirir, hər 11 nəfərdən biri bu xəstəliyin qurbanı ola bilir. Diabetə ayrılan səhiyyə xərclərini xüsusiylə qeyd edən Y. Sultanova, qlobal səhiyyə xərclərindən hər 9 ABŞ dollardan 1 dollarının məhz şəkərli dibaet  xəstəsinin müalicəsinə ayrıldığını qeyd edib. 

Dünya Səhiyyə Təşkilatının da tövsiyyəsi ilə, bütün dünyanın xəstəliklə mübarizədə, yeganə çıxış yolu sağlam qidalanmanı, həyat tərzini təbliğ etmək, xəstəlik haqqındaa məlumatı gücləndirməkdir. Belə xəstələr aşkarlandıqda isə onlara lazımı tibbi dəstəyin göstərilməsidir. Natiq təqdimatı zamanı Azərbaycanda Şəkərli diabetlə  bağlı sonuncu vəziyyəti də konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Təşkilat sədri çıxışı zamanı bildirib ki, rəhbərlik etdiyi ictimai birlik yarandığı günlərdə problemlərlə rastlaşsa da, bu gün dövlət qurumlarının, xüsusən hazırda Birinci vitse prezident olan M. Əliyevanın diqqəti və dəstəyi nəticəində uğurlar əldə etməkdədir. 

Y. Sultanova onu da əlavə edib ki, Liqanın fəaliyyətinin güclənməsində 2003-cü ildə qəbul olunmuş şəkərli dibaet xəstələrinə Dövlət qayğısı haqqında Qanunun, 2005-ci ildəki Dövlət Proqramının qəbul edilməsi öz tövhəsini vermişdir. Məhz bu illərdən sonra şəkərli dibaet xəstələrlə bağlı saysız layihələr, təlimlər  həyata keçirilmiş, xəstəliyin aşkar olunması ilə bağlı xeyli işlər  görülmüş, xəstələrin dərmanla təhcizatında irəliləyişlər əldə olunmuşdur. İllərdir, müvafiq nazirliklərin dəstəyi ilə liqaya üzv insanların istirahəti üçün imkan yaradılmış, uşaqlar üçün yay düşərgələri təşkil edilmişdir. Hazırda bu təşəbbüslər davamlı olaraq həyata keçirilir.

Çıxışını yekunlaşdıran Diabet Liqasının rəhbəri hazırda təşkilatı və eləcə də cəmiyyəti narahat edən məsələni də dilə gətirib. Y. Sultanova xatırladıb ki, ötən il QHT-na Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi, təşkilatın layihəsinin nəticələri onları məyus edib. Belə ki, bir qrup insanın müayinəsi-müasir tibbi dillə desək, skrininqi layihəsi zamanı 200 şəxsdə şəkərli dibaet  aşkarlanıb.

Bu kifayət qədər böyük rəqəmdir. Qənaətimiz budur ki, insanların çox hissəsi xəstəlikdən xəbərsiz yaşayır, həkimə müraciət etmir, özlərinə biganə yanaşırlar. Adı çəkilən  layihənin davamlı olması vacib hesab olunur.  Həkimi narahat edən digər məsələ isə, ölkəyə başqa yollarla keyfiyyətsiz insulin preparatının gətirilməsidir.

Təqdimatını yekunlaşdıran Y. Sultanovadan sonra Diabet liqasının üzvü, şəkərli dibaet olan 10 yaşlı Əminənin anası Ülviyyə Qocayeva təbir iştirakçıları ilə   bir valideyn kimi düşüncələrini  bölüşüb.

O, valideynləri uşaqlarının sağlam qidalanmasına nəzarət etməyənin vacib olduğunu, xəstiliyə yaxalanmış uşaqlara daha çox psixoloji dəstəyin verilməsinin vacibliyini qeyd edib.
Tədbir ADL İB-nə yaxından dəstək verən, fəaliyyətində  əməkdaşlıq edən Nazirliklərin, Ombudsman Aparatının, Ailə, Qadın və uşaq problemləri üzrə dövlət Komitəsinin və daha bir neçə qurumun rəhbərlərinin mükafatlandırma mərasimi ilə davam edib.

Qeyd edək ki, mükafat ötən il təşkilatın İdarə heyyəti tərəfindən təsis olunub. Mükafata layiq görünənlərin ilkı  Birinci vitse prezident Mehriban xanım Əliyevadır.
Daha sonra kürsüdə yerini alan qonaqlar hamını narahat edən problem barədə öz fikirlərini bildiriblər.

Tədbir media nümayəndələrinin verdiyi suallara cavablarla yekunlaşıb. Səmərəli  Konfrans sonrası tədbirin qonaqları bizimlə fikirlərini bölüşüblər.

Tədbirdə daha çox uşaqlar arasında şəkərli diabet xəstəliyindən söhbət açan Respublika Endokrinoli Mərkəzin direktor müavini, həkim-endokrinoloq cəmiyyət üçün vacib tövsiyyələrini verib.


Bu arada qeyd edək ki, ADL ötən il Beynəlxalq Diabet Federasiyasının üzvü seçilib. İctimai Birliyə fəaliyyətinin yeni mərhələsində uğurlar arzulayırıq. Gəlin, təşkilatın şüarına dəstək verərək “Diabetə birlikdə qalib gələk”!


Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə