QHT-lərə Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib
04 / 04 / 2018 19:59:47
Oxunma : 19024

Şuranın Apelyasiya Komissiyası QHT-lərin müraciətlərini cavablandırıb

QHT TV xəbər verir ki, aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apelyasiya Komissiyasının iclası keçirilib. 

Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2018-ci il birinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 33 QHT-nin müraciətinə baxılıb. 5 QHT iclasda iştirak etməyib.
Geniş müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilib və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılıb.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Sahib Məmmədov  Apelyasiya Komissiyasına  daxil olan müraciətlər, QHT-lərin təqdim etdiyi layihələrin keyfiyyəti və digər məsələlər ilə bağlı fikirlərini QHT TV-yə açıqlayıb


Müzakirələrdən sonra ekspertlərin rəyi də nəzərə alınaraq Apelyasiya Komissiyasına müraciət edən QHT-lərlə bağlı müvafiq qərarlar qəbul edilib.





Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə