QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lər üçün məlumatlandırma sessiyası təşkil edib
21 / 04 / 2018 08:11:28
Oxunma : 15387

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci il birinci qrant müsabiqəsinin qalibi olan QHT-lər üçün məlumatlandırma sessiyası keçirib. 

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək layihələrin icrasının səmərəli təşkili, layihələrin başlanmasından hesabat dövrünə qədər QHT-nin riayət etməli olduğu qaydalar haqqında ətraflı məlumat verib. F.Qurbanov geniş tərkibli toplantının QHT-nin layihədə nəzərdə tutulan məqsədə çatmasına yardım etmək, benefisiarlar qrupunun icra prosesindən effektiv şəkildə faydalanmasının təmin olunması məqsədi ilə təşkil edildiyini bildirib.

Şuranın baş mühasibi Emin Məmmədov QHT-lərin həyata keçirdikləri layihələrin maliyyə əsasları ilə bağlı təqdimatla çıxış edib. 

QHT sədrləri İlqar Hüseynli, Bəxtimşah Tağıyeva, Sevinc İsayeva, Jalə Əmirbəyova, Ruslan Mustafazadə, Gülbəniz Bayramova, Şərqiyyə Məmmədova, Çingiz Nəzərov, Cəsarət Hüseynzadə, Fərman Nəbiyev, Rüstəm Məlikov, Əkrəm Bəydəmirli, Səlim Balayev və digər şəxslər suallarla çıxış ediblər.
Şura üzvü Sahib Məmmədov və Katibliyin nümayəndələri QHT-lərin suallarını cavablandırıblar.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə