Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyası təşkil edilir
30 / 04 / 2018 13:19:20
Oxunma : 7133

Tərxis olunmuş hərbiçilərin Gəncləri maarifləndirmə İB-nin ofisinde Əlilliyi olan şəxslərə və sağlamlq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədiylə təbliğat kampaniyasının təşkili  layihəsi çərcivəisndə dəyirmi masa keçirilib.

QHT TV xəbər verir ki, Dəyirmi masanı Tərxis olunmuş hərbiçilərin gəncləri maarifləndirmə ictimai Birlıyinin sədri Emin Həsənli  açaraq bildirib ki, rəhbəri olduğu layihə Əmək və Əhalinin sosial müdafiə nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. O qeyd edib ki,  layihənin məqsədi sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiya olunmasına  dəstək vermək  və onların bilik və bacarıqlarının ortaya çıxarılmasına yardım göstərməkdir.  

 Emin Həsənli həmçinin qeyd edib ki, belə insanlara mənəvi-psixoloji dəstək vermək olduqca vacibdir və bu işdə vətəndaş cəmiyyətinin rolu böyükdür. Layihənin icrası müddətində xüsusən sağlamlıq imkanları məhdud  uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlik  tədbirlər görüləcək, istedadı uşaqlar cəmiyyətə təqdim olunacaq.  Layihə rəhbərinin sözlərinə görə, problemlərin həllində dəyirmi masalar keçirilməsi yetərli olmadığından,  KİV-nin də diqqətini bu məsələyə cəlb ediləcək, bu istiqamətdə səylər göstəriləcək.

 Daha sonra çıxış edən Ehtiyyatda olan Zabitlərin Kondfederasiyası İB-nin sədri eht. olan general mayor Məmədhüseyn Sarıyev vurğulayıb ki, cəmiyyətdə əlİllyi olan insanlara diqqət qayğı başqalarından daha öndə gəlməlidir. Bu sahədə ixtisaslaşmış qht-lər olsa da, problemlərin həllində vətəndaşların birliyi vacibdir. 
Çıxış edən Azərbaycan Əfqanısrtan Veteranları ictimai Birliyinin rəhbəri Məhəmməd Vəliyev də həmçinin qeyd edib ki, dünyanın hər yerində belə kateqoriyadan olan insanlar yaşyır və əlliliyi olan insanlara münasibət ilk növbədə həmin ölkələrin iqtisadi  imkanları və insan faktoruna verilən dəyərlərlə ölçülür.

 Dəyirmi masa tədbir iştirakçılarının çıxışları  ilə davam edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə