Avtomobildə "Xəzər" Brendi! "Sahibkar saatı" verilişi, 2-ci buraxılış
09 / 07 / 2018 05:09:56
Oxunma : 2573

"Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Sahibkarlıq sahəsində aparılan islahatlara ictimai dəstək verilməsi” layihəsi çərçivəsində " Sahibkar saatı" verlişi hazırlanmışdır. Layihənin rəhbəri QHT sədri Rahilə Mehtiyevadır.

Azərbaycanda sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə 2016-cı ildə qəbul edimiş sənədlər və görülmüş tədbirlər sənaye sahəsinə investisiyaların cəlb olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Aparılan iqtisadı islahatlar nəticəsində ölkədə ağır sənaye və maşınqayırma sahəsinin inkişafı üçün münbit şərait yaradılıb, ixtisaslı kadr potensialı, yenilənən infrastruktur, səmərəli biznes mühiti formalaşıb.

Avtomobil istehsalında fəaliyyətə başlayan Azərmaş ASC- ilk uğurlu addımı 2016-ın aprelində olub. Belə ki, Iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə İranın rabitə informasiya və texnologiyalar naziri Mahmud Vayezi görüşü zamanı iki ölkə arasında avtomobil istehsalına dair əməkdaşlıq memariumdumu imzalanıb. Ardınca əməkdaşlığın davamı olaraq azərbaycan və İranın birgə avtomobil zavadunun tikintisi məqsədi ilə iki ölkə arasında 6 müqavilənin bağlanması həyata keçirilib. Azərbaycan tərəfdən Azərmaş ASC idarə heyətinin sədri Emin Axundov və qarşı tərəfdən “İran Xodro “ASC nin baş direktoru Haşim Yetgizari arasında bağlanan müqavilədə distributor, texniki dəstək, lisenziyalaşdırma, tədris, avadanlıq və mexanizmlərin quraşdırılması, texniki imkanların artırılması kimi məsələlər nəzərdə tutulurdu. İki ölkə arasında əməkdaşlığın nəticəsi olaraq 2016-cı ilin avqustunda Neftçala Sənaye Məhəlləsində Xəzər avtomobil zavodunun təməl qoyma mərasimi keçirilib. Beləliklə, İranın və Avropanın aparıcı avadanlığı və mexanizmlərinə əsaslanan zavodun inşası başlanılıb . 

2017-ci ilin sentyabrında ölkə rəhbəri İlham Əliyev zavodun açılışını edib və öz tövsiyələrini verib.

Qeyd edək ki, 10 ha ərazini əhatə edən Xəzər Avtomobil zavodunun ümumi dəyəri 15 milyon ABŞ dolları həcmindədir. Neftçala sənaye məhəlləsində yerləşən Xəzər avtomobil zavodunun səhmlərinin 75 faizi Azərmaş ASC-nə, 25%-i isə İran Xodro ASC-nə məxsuudur. Zavodun İlk istehsal gücü ildə 10 min avtomobildir .İlkin olaraq 2019-cu ilin sonuna qədər 6000 avtomobilin isehsalı nəzərdə tutulur. Xəzər, Pejo, Reno 206 kimi modellər istehsal edən zavod ildə 2 min avtomobilini xarici ölkələrə ixrac etməyi planlaşdırır. Zavodda işləyən və İranda təlim keçmiş ixtisaslaşmış yerli kadrların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində də işlər davam etdirilir. Azərmaş ASC-nin fəaliyyət planında gələcəkdə avtomobillərin ehtiyat hissələrinin və avadanlıqlarının yerli istehsalını həyata keçirməkdir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə