"Sahibkar saatı" verilişi, 4-cü buraxılış
12 / 07 / 2018 07:11:22
Oxunma : 2425

"Sosial - İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Sahibkarlıq sahəsində aparılan islahatlara ictimai dəstək verilməsi” layihəsi çərçivəsində "Sahibkar saatı" verlişinin 4-cü buraxılışı hazırlanmışdır. Layihənin rəhbəri QHT sədri Rahilə Mehtiyevadır.




Prezident İlham Əliyevin aqrar sahədə apardığı məqsədyönlü siyasətin nəticəsi bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də öz bəhrəsini verir.  Dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq aqrar sektorda innovativ texnologiyaların və pestisidlərin tətbiqi, kənd təsərrüfatı məhsullarının intensiv yetişdirilməsinə, məhsuldarlığın və keyfiyyətin artırılmasına, eləcə də yüksək rəqabət qabiliyyətliliyin təmin olunmasına, idxaldan asılılıqdan azad olmağa  imkan verən zavod və istehsal obyektlərinin inşası və istifadəsi davam edir. Belə zavodlardan biri də Aqrokimya MMC-dir.

2017-ci ilin dekabrında ölkə rəhbəri İlham Əliyevinin açılış etdiyi Aqrokimya  Azərbaycan” MMC-nin pestisidlər zavodunun 1-ci mərhələsi istifadəyə verilib.  
Gilan Sənaye Qrupuna daxil olan  “Aqrokimya Azərbaycan” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi fəaliyyətinin əsas hədəfi “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq respublikada müasir texnologiyaların tətbiqinə əsaslanan ilk bitki mühafizəsi vasitələri – pestisidlər istehsal edən zavodunu yaratmaqla ölkədə aqrar sektorun bu məhsullara olan tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəz olunmasına, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır.

 Məlumat üçün deyək ki, hazırda ölkənin pestisidlərə olan tələbatı 9.1 min ton təşkil edir. Eyni zamanda, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9.8 min ton təşkil edir. 
“Aqrokimya”MMC-in  zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verir. Artıq istehsalı həyata keçirən Zavodda satışa verilən dərmanlar fermerlərə yerindəcə çatdırılılır, ,səpilməyə kömək edilir,bundan başqa zavodun mütəxəsisləri daim treninqlərdə əkinçiləri məlumatlanmanı həyata keçirirlər. Türkiyəli mütəxəssislərdən ibarət aqronom qrupları hazırda  əkinçilərlə görüşür, pestisidlərin istifadə qaydası ilə onları maarifləndirirlər.Yəni zavod alıcılar üçün tam açıq xidmət göstərir.

Zavod 18.3 hektar sahədə yerləşir və istehsal sahəsi 21.4 min kvadrat metr təşkil edir. 1-ci mərhələdə ümumi layihə dəyəri 32 milyon manat, illik istehsal gücü 20 min ton, il ərzində istehsal olunan məhsulların dəyəri isə 42 milyon manat olması nəzərdə tutulub. 
Lakin hələlik 10 min ton istehsal gücü olan zavodda 145 çeşiddə pestisid - bunun da 51 növü insektisid, 58 növü funqusid, 27  növü herbisid  və 9 növü isə digər aqrokimyəvi məhsullar istehsalı həyata keçirilir.. İstehsal olunan pestisidlərin keyfiyyət göstəriciləri zavodun daxilində qurulmuş və beynəlxalq standartlı ən yüksək səviyyəli dəqiq cihazlarla təchiz edilmiş laboratoriyada müəyyən edilir.

Zavodun Sumqayıt Kimya Sənaye Parkında yaradılması onun müvafiq infrastrukturla, o cümlədən elektrik, qaz, içməli və texniki su ilə təmin edilməsi həmçinin sənaye parkının rezidenti olduğu üçün 7 il müddətinə mənfəət, əmlak, torpaq vergilərindən azad olunmasına, eləcə də idxal olunan avadanlıqlara ƏDV və gömrük rüsumlarının tətbiq olunmaması investisiyaya 2.5 milyon manat qənaət edilməsinə imkan yaradıb. Eyni zamanda, zavodun yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9.5 milyon manat güzəştli kredit ayrılıb. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurululub.

Yeni fəaliyyətə başlamış zavodda Pestisidlərin istehsalı üçün tələb olunan xammal və kimyəvi maddələr əsasən Çin və Türkiyədən idxal olunur. Azərkimya-azərbaycan” İstehsal kompleksi 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammal saxlama bölmələrindən ibarətdir
.Hazırda zavodda 100 nəfərə yaxın işçi çalışır ki, onların da 90 faizi Azərbaycan vətəndaşlarıdır. 
Zavodda istehsal olunan pestisidlərin müxtəlif növləri hazırda potensial müştərilər tərəfindən ayrılan ərazilərdə sınaqdan keçirilir. Bu sınaqlar "Aqrokimya Azərbaycan" şirkətinin və müştərilərin mütəxəssisləri ilə birgə həyata keçirilir.

Bu il zavodun ilk sınaq ilində  "Made in Azerbaijan" brendi adı altında 300 tondan artıq müxtəlif çeşidli pestisidlər istehsal olunaraq Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən müştərilərə satılıb. Bundan əlavə, sınaq məqsədi ilə Gürcüstana 4 ton pestisid ixrac olunub. Zavodun işləmə mexanizmi hələlik sifarişlərə əsasən qurulub. 
Sifarişləri qəbul edən  zavod məhsullarını əsasən noyabrdan başlayaraq –aprel ayına qədər     istehsal edir. 


Qeyd edək ki, Hazırda istehsalda lokalizasiya səviyyəsi 30% təşkil edir ki, gələcəkdə yerli xammaldan istifadə edilməsi hesabına bu göstərici daha da artırılacaqdır. Həmçinin idxal olunan məhsullarla müqayisədə yerli istehsalın üstünlüyü 35-40% təşkil edir. Perspektivdə isə bəzi məhsul növlərinin xammal təminatı yerli istehsal hesabına təmin olunacaq və ixrac potensialı yaranacaqdır.

”Aqro Kimya Azərbaycan  MMC” Possovet məkanında yeganə zavoddur ki, tam müasir texnologiya əsasında inşa edilib.Bir sözlə daha bir “Made in Azerbaijan” brendi altında məhsulumuz dünya bazarlarında öz sözünü deyəcək. Təbii ki, ilk növbədə idxaldan asılılıq azalacaq, ölkəyə valyuta gəliri  artacaq, aqrar sahənin  inkişafına dəstək olacaq, bu sahədə mütəxəssislər yetişəcək. Məlumat deyək ki, layihənin 2-ci mərhələsində   gübrə istehsalının təşkil olunması nəzərdə tutulur. 

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə