QHT ilə "Salyan oil" mübahisəsi bitdi
07 / 10 / 2018 13:00:54
Oxunma : 6453

Məlum olduğu kimi, az əvvəl Salyan rayonu ərazisində yerləşən Kürsəngi-Qarabağlı, neft yataqlarının istismarı ilə məşğul olan “Salyan Oil LTD” Şirkəti və şirkətin Həmkarlar təşkilatı iddia ərizəsi ilə Salyan rayon məhkəməsinə müraciət edib.  İddia tələbi şirkətin baş menecer Shan Liancenq və Həmkarlar təşkilatının sədr Əlverdi Xudiyev tərəfindən irəli sürülüb. 

İddia tələbində dəymiş maddi və mənəvi ziyan üçün şirkətin keçmiş işçiləri Zəkayət Abdullayeva və Mehparə Əlyevanın hər birindən 15 min manat, cavabdehləri müdafiə edən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatından (NHMT) isə 35 min manat vəsait istənilir. NHMT-nin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı baş verənlərlə bağlı  QHT TV-yə ətraflı  açıqlama verib.


Məlumat üçün deyək ki, QHT  rəhbəri ilə söhbətimiz baş verdiyi anlarda “Salyan Oil LTD”-dən xəbər gəldi. Belə ki, şirkət nəticə olaraq öz keşmiş işçiləri və onun müdafiəçisi olan QHT-ni məhkəməyə vermək fikrindən dönüb, məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsini geri götürüb. 

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə