"İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" adlı tədbir keçirildi
20 / 10 / 2018 14:32:42
Oxunma : 2257

Demokrtatik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyi "İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği" layihəsi çəçivəsində son hesabat tədbirini  keçirib.


Tədbiri giriş sözü ilə "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri, eyni zamanda layihə rəhbəri olan Mehriban Abdullayeva açaraq, qonaqları salamlayıb. O, layihə haqqında məlumat verərək, bildirirb ki, rəhbəri olduğu ictimai birliyin həyata keçirdiyi bu layihə işğal altında olan və erməni vandalizminə məruz qalan tarixi abidələrimizi tanıdılmasını , onlar haqqında gənc nəslə detallı informasiyanın verilməsini hədəfləyib.  
.
Vurğulanıb ki,  həmçinin layihəni keçirməkdə əsas məqsəd tarixi yaddaşımızın və dağıdılmış tarixi-mədəniyyət abidələrimizin izlərinin silinməsinin, ya da onların erməni abidələri adı altında saxtalaşdırılmasının qarşısını almaq, həmçinin media vasitəsi ilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və düşmənin tarixi-mədəni abidələrimizə vurduğu  ziyan barəsində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də beynəlxalq ictimaiyyətə əsl həqiqətləri çatdırmaq olub.
 
Daha sonra təşkilatın sədri fəaliyyət planına uyğun olaraq, layihə dövrü ərzində baş tutmuş tədbirlər haqqında hesabat xarakterli təqdimatla çıxış edib.. Qeyd olunub ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə icra olunan  3 aylıq layihə çərçivəsində Quba, Xaçmaz, Şirvan regionları və Bakı şəhərində tədbirlər həyata keçirilib. 

 Layihənin ümumi məqsədinə uyğun olaraq, yeniyetmə və gənclərlə təşkil olunan görüşlərdə  maarifləndirici söhbətlər aparılıb, işğal altında olan torpaqlarımızda yerləşən abidələr barəsində kollec tələbələrinə, yeniyetmə və gənclərlə müzakirələr aparılıb.
Toplantı tədbir iştirakçılarının çıxışları və müzakirələri ilə davam edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə