“Qarabağ dünən və bugün” mövzusunda konfrans keçirildi
27 / 10 / 2018 17:10:03
Oxunma : 1931

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağ dünən və bugün” mövzusunda konfrans keçirilib.

QHT.az xəbər verir ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla “Qarabağ dünən və bugün” mövzusunda ictimai müzakirələrin aparılması” layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri, ziyalılar və QHT numayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “Azərbaycan-İraq Mədəni Əlaqələr” İctimai Birliyinin sədri Tahirə Məmmədova bildirib ki, layihənin əsas məqsədi  Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, sosial-iqtisadi problemləri və Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması, yer adlarının qanunsuz dəyişdirilməsi, ətraf mühitə vurulan ziyan barəsində dünya ictimayətinə çatddırmaq üçün, Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəlikləri arasında təbliğat–təşviqat işləri apararaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ həqiqətlərini və tarixi həqiqətlərimiz beynəlxalq ictimaiyyətinə çatdırmaqdır.

Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda fəaliyyə göstərən 40 xarici dövlətlərin, diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndəliklərinə rəsmi sürətdə məktubla müraciət edilmişdir. Təsüflər olsunki, müraciət edilən təşkilatlarla dəfələrlə əlaqə saxlanılsa da, onlardan 14-ü müraciətlərə müsbət cavab verərək, əməkdaşlığa razılıq veriblər. Layihə rəhbəri  əlavə edib ki, konfransa 8 dövlətin səfirliklərinin nümayəndələri təmsil olunur.

 Tədbirdə Azərbaycanda fəaliyyət göstərən İrak dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Fazil Avad Jebur Al-Şuvaili, Fələstinın Azərbaycandaki səlahiyyətli səfiri Abdul Kareem Raheem, Macarstan, ABŞ səfirliklərinin nümayəndələri, ziyalılar və ictimaiət numayəndələri çıxış edərək, “Qarabağ dünən və bugün” mövzusunda keçirilmiş konfransı müsbət qiymətləndiriblər.

Layihənin rəhbəri, Tahirə Məmmədova “Qarabağ dünən və bu gün” layihəsini dəstəkləyən Azərbaycanda fəaliyyə göstərən xarici dövlətlərin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara öz minnətdarliğinı bildirib.      

Konfransda layihə çərçivəsində çap olunmuş “Qarabağ dünən və bu gün” kitabı və hazırlnmış “Qarabağ dünən və bu gün”  sənədli filimləri konfrans iştirakçılarına paylanılıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə