“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiyanın təşəbbüsü ilə QHT-lərin görüşü keçirildi və bəyanat qəbul olundu
06 / 11 / 2018 08:12:38
Oxunma : 1242

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiyanın təşəbbüsü ilə Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatlarının görüşü keçirdi.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsinin uzun illər həll edilməmiş qalması, ermənilərin cəzasılıqdan sui istifadə edərək danışıqlar prosesində özlərini qeyri konstruktiv aparmaları və Azərbaycan vətəndaş cəmiyyətinin bu proseslərdə ölkəmizin milli maraqlarını müdafiə edən ardıcıl və sistemli fəaliyyət göstərmələrinin vacibliyi haqqında fikir mübadiləsi aparıldı.

Koalisiyasının koordinatoru və “Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” Ictimaiyi Birliyinin sədri Məmmədhəsən Həsənov bildirdi ki, " Ermənistan və Azərbaycan arasında ədalətli sülhün təmin olunması üçün Dağlıq Qarabağ münaqişəsi hər iki ölkənin ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi prinsipinə əsaslanaraq beynəlxalq hüquq normaları əsasında xüsusilə də BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə əsasən həll edilməlidir. Amma təəssüflər olsun ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin uzun illər dondurulmuş vəziyyətdə qalmasının əsas səbəblərində biri də ATƏT-in Minski Qrupunun həmsədr ölkələrinin münaqişə tərəflərinə münasibətdə ayrı seçkiliyə yol verirlər. Tərəfsiz olmaq əvəzinə Dağlıq Qarabağa Azərbaycan tərəfilə razılaşdırmadan səfərlər etməklə özlərinin mandatlarına uyğun olmayan mövqe nümayiş etdirirlər. Son vaxtlar Fransanın Alforvil, Valans və Sent-Etyen şəhərlərinin merlərinin və Belçika Senatı sədrinin 1-ci müavini Karl Fonlauven, Flamand parlamentinin deputatları Karim fon Overmeyer, Vard Kennes, Mark Hendriks, professor Pol Mirts Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri bizlərdə hiddət yaradır. Hesab edirəm ki, bu kimi məsələrə təkcə Azərbaycan rəsmləri deyil həm də vətəndaş cəmiyyəti nümayyəndələri olaraq bizlərdə öz münasibətimizi bildirməliyik”.
Tədbir iştirakçıları İradə Rzazadə, Taleh Əliyev, Məhluqə Rəhimova, Məlahət Mürşüdlü, Leyla Gərayzadə, Mehdi Mehdiyev, Gəray Əlibəyov, Mayis Əliyev, Sevda Tahirli və başqaları Azərbaycan vətəndaş cəmiyyətinin bu proseslərdə ölkəmizin milli maraqlarını müdafiə edən ardıcıl və sistemli fəaliyyət göstərmələrinin vacibliyi fikrinə qatılaraq bildirdilər ki, həqiqətən ardıcıl və sistemli iş aparılmalıdır. Bunun üçündə “Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiyası tərəfindən işçi qrupu yaradılmalı və qaldırılan məsələlərin həlli istimatində tədbirlər həyata keçrməlidir.

Sonda tədbir iştirakçıları adından bəyanat qəbul olundu.

Bəyanatda deyilir: “ ... Azərbaycan Qeyri Hökumət Təşkilatları ATƏT-in Minski Qrupunun həmsədr ölkələrinin rəhbərliyinə və vətəndaş cəmiyyətlərinə səslənərək bildilər ki, ABŞ, Rusiya və Fransa nəinki Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi bütün dunyada beynəlxalq hüquq normalarının o, cümlədəndə bütün dövlətlərin ərazi bütövlüyünün, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin və suverenliyinin əsas təminatçıları olmalıdılar amma təəsüüflər olsun ki, uzun illər aparılan danışıqların bu günə qədər heç bir real nəticəsi olmamışdır. Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayonumuz hələ də işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamədən heç biri bu günə qədər yerinə yetirilməmişdir. Beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə qarşı Ermənstan tərəfinin etdiyi bu sayğısızlığa isə ATƏT-in Minski Qrupunun həmsədr ölkələri nəinki adekvat cavab verir, əksinə Ermənstana dəstək verməklə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli prosesini uzadırlar...”

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə