Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
16 / 11 / 2018 04:02:51
Oxunma : 3662

Bakıda Beynəlxalq Diabet günü ilə bağlı konfrans keçirilib.
Danimarkanın “Novo Nordisk” şirkətinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirin əsas məqsədi ictimaiyyətin diqqətini şəkərli diabetlə mübarizəyə yönəltmək və maarifləndirmə yolu ilə əhali arasında sağlam həyat tərzini təşviq etmək olub.



Çıxış edən Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov təmsil etdiyi qurumun diabet xəstələrinə göstərdiyi yardım, xəstəlikdən əziyyət çəkən uşaqlarla əlaqədar həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirilib ki, bu günə qədər sosial yönümlü layihələr həyata keçirən H. Əliyev Fondu 100-lə uşağa, xəstəyə, əsgərə maddi dəstək verib.

Danimarkanın ölkəmizdəki səfiri Svend Ollinq 160 ölkədə keçirilən tədbirin əhəmiyyəti və ölkəmizdə şəkərli diabet xəstələrinə göstərilən dövlət qayğısı barədə danışıb. O deyib ki, hazırda dünyada hər 10 nəfərdən biri diabet xəstəsidir və onların yarısı bundan xəbərsizdir və hər il dünyada 2 milyondan çox insan xəstəlik üzündən həyatını itirir.

Çıxış edən Səhiyyə nazirinin müavini Elsevər Ağayev Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən vurğulayıb ki, 20-25 il əvvəl diabet xəstəsi olan 30 milyon nəfər qeydiyyatdan keçmişdisə, bu rəqəm rəsmi statistikaya görə 200, qeyri-rəsmi statistikaya görə 400 milyon nəfərdən artıqdır. O,Azərbaycanda hazırda 243 min diabet xəstəsinin olduğunu, bu ilin səkkiz ayında isə həmin rəqəmin daha 20 min nəfər artdığını bildirib.

Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev 2019-cu i il səhiyyə üçün ən yüksək büdcənin-15 milyon manat nəzərdə tutulduğunu və bunun 8 milyonun şəkərli xəstələrin müaıicəsi üçün xərclənəcəyini qeyd edib.

“Novo Nordisk” şirkətinin korporativ vitse-prezidenti Emil Larsen təmsil etdiyi şirkətin dünya üzrə 7-ci dərman şirkəti olduğunu hər il şirkətin dünyada 27,7 milyon diabet xəstəsinin dərmana ehtiyacını ödədiyini deyib.

İranın “Xüsusi xəstəliklər üzrə xeyriyyə fondu”nun prezidenti Fatemeh Haşemi və İtaliya parlamentinin üzvü Roberto Pella öz ölkələrindəki şəkərli diabetə qarşı aparılan mübarizə tədbirləri barədə danışıblar. Respublika Endokrinoji Mərkəsin director müavini Babək Salek, professor Renato Lauro çıxışlarında diabetlə bağlı maarifləndirmənin zəruriliyini qeyd ediblər.

Tədbir çərçivəsində İtaliyanın Baometer Diabet Müşahidə Fondu, Respublika Endikrinoloji Mərkəzi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

Daha sonra Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova diabetli uşaqlar arasında keçirilən “Diabet nəzarətdə, uğur irəlidə” müsabiqəsinin yekunları haqqında məlumat verib. QHT TV-nin müsabiqə ilə bağlı hazırladığı videoçarx tədbir iştirikçılarıana təqdim olunub.

Tədbirin sonunda diabetlə bağlı müsabiqələrdə önə çıxmış qaliblər mükafatlandırılıblar.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə