Koalisya Sumqayıtda vərəmlə mübarizəyə dair növbəti maarifləndirmə tədbiri keçirib
22 / 11 / 2018 06:49:20
Oxunma : 1069

Vərəm Əleyhinə Koalisya Üzvləri Sumqayıt Gənclər Mərkəzində vərəmlə mübarizəyə dair növbəti maarifləndirmə tədbiri keçirib

Tədbiri giriş sözü ilə açan “Sağlımlığa Xidmət “İB-nin sədr müavini Pərvanə Vəliyeva vərəmlə müübarizə tədbirinn, maaarifləndirmə kampaiyasının bir hissəi olduğunu vurğuayıb, koalisya üzvlərinin davamlı bu sahədəki fəaliyyətindən bəhs edib.

Çıxış edən Sağlamlığa Xidmət İB-in sədri Elçin Muxtarlı məumat verib ki, DST 2030-cu ilə qədər dünyada vərəmə son qoymağı məqsəd kimi qarşısına məqsəd qoysa da, proqrozlar təəssüf doğurur,hələ də xəstəliyin artma halları müşahidə olunur. Təkcə 2017-ci ildə denyada 1milyon 700 min adam vərəmdən ölüb, bu isə təxminən bir ölkənin əhalisinin sayına bərabərdir. Milyonlarla pul vərəmlə bağlı mübarizəyə sərf olunsa da, xəstəliyi dəf etməyə müvəffəq olmaq çətindir.

Sumqayıt şəhər Vərəm əleynhinə xəstəxanının ambulator şöbəsinin müdiri Rübabə Məhərrəmova təmsil etdiyi səhiyyə ocağı barədə ətraflı məlumatla çıxış edib. Xəstənanın hazırkı vəziyyəti, xəstələrin müalicəsi, müayinəsi ilə bağlı məlumat verib.

Çıxış edən “Sağlamlığa Xidmət “təşkilatının koordinatoru, həkim Samirə Məmmədova vərəm və xəstəliyn əlamətləri və yayıması haqqında geniş təqdimatla çıxış edib. Xəstəliyin yayılmasında əsas səbəbin vərəm mikrobakteriyalarının xarici mühütdə yaşamaq qabiliyyətinin uzunmüddətli olduğunu bildirib. Həkim xatırladıb ki, aktiv vərəm xəstəsi il ərzində sağlam 8-12 insanı xəstələndirir, 150-200 insanı yoluxudrur, dünyada hər 10 saniyədən bir insan vərəm xəstəliyinndən ölür, təəssüf ki, onların 70%-i əmək qabiliyyətli insanlardır.

"Həyat" Beynəlxalq Humanitar Təşkilatının layihə koordinatoru, sosioloq Zəminə Səfərova maarifləndirmə tədbirlərinə sıravi vətəndaş, xüsusən təhsil müəsisələinin nümayəndələrinin cəlb olunmasının vacib olduğunu vurğuladı. Vərəm əleyhinə Koalisiyanın dövlət orqanları ilə əməkdaşlığından söhbət açan Zəminə Səfərova daim vərəmli xəstələri ziyarət etdiklərini vurğulayıb.

Cəzaçəkmə müəsisələrindən azadlığa buraxılmış xəstələrin izlənilməsi proqramının koordinatoru Çingiz Ramazanlı yeni yaradılmış və sağalmış, keçmiş vərəmli xəstələrin üzvlərindən ibarət ictimai birlik haqqında məlumat verib. Ekspert qeyd edib ki, ictimai birliyin məqsədi vərəmlə bağlı stiqmanın aradan qaldırılmasına dəstək olmaq, insanları xəstəliyin tam sağala biləcəyinə inandırmaqdır. İctimai Birliyin üzvü Amal Allahverdiyev  də tədbir iştirakçılarına vərəmlə mübarizəsindən və tam sağalıb normal həyata dönməsi prosesindən söhbət açıb.
Çıxış edən Qızıl Aypara Cəmiyyətinin psixoloqu və vərəmli xəstələrlə uzun müddətdir işləyən Sona Hacıyeva uzun illərdir aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Toplantı müzakirələrlə davam edib, tədbir iştirakçılarına sertifikatlar verilib.
Koalisiya üzvləri tədbirin ardınca Sumqayıt şəhər Vərəm əleyhinə xəstəxanada olub buradakı vərəmli xəstələrlə görüşüblər. Xəstələrə koalisiya adından sovqat paylanılıb və onların probelmləri dinlənilib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə