“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” layihəsinin yekun tədbiri keçirilib
08 / 12 / 2018 12:40:02
Oxunma : 4128

“Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili” 
layihəsinin yekun tədbiri keçirilib

QHT TV xəbər verir ki, tədbiri giriş sözü ilə açan Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, layihə rəhbərlik etdiyi təşkilat tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi  həyata keçirilib.
Layihə çərçivəsində əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar haqqında Azərbaycan Respublikasının həyata keçirdiyi dövlət siysəti və bu kateqoriyadan olan insanlar haqqında qəbul olunmuş qanunlar Kütləvi İnformasiya Vasitələri ilə bir daha ictimaiyyətin diqqətinə çatdırılıb.
Emin Həsənli bildirib ki, eyni zamanda əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı video süjetlər hazırlanaraq QHT TV-də və sosial şəbəkələrdə yayımlanıb.

Sözügedən kateqoriyadan olan insanların ümumi və fərdi problemləri öyrənilərək onların həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət edilib.
 Bu sahədə mövcud olan problemlərin həlli və yeni ideyalarla bağlı təkliflər hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim ediləcək.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli həssas qrup olan  əlilliyi olan şəxslər  və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı təbliğat kompaniyasında mətbuatın rolu vacibdir və bu istiqamətdə QHT və KİV əlbir işləməlidirilər.  

Azərbaycanın Milli Qəhrəmanı   Vahid Quliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev,  QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Anar Xəlilov və digər çıxışçılar Azərbaycan dövlətinin bu sahədən olan insanlara xüsusi qayğı və diqqətinin olduğunu vurğulayıblar. Çıxışlarda o da vurğulanıb ki, biznes dairələri və sahibkarlar da humanist mövqe göstərməli və həssas qrupların problemlərinin həllinə yönələn proqramlara  dəstək verməldirlər.
.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə