“Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda tədbir keçirilib
27 / 01 / 2019 20:54:50
Oxunma : 506

Azərbaycan vərəm əleyhinə QHT Koalisiyası və Sabunçu rayon Qızıl Aypara bölməsinin dəstəyi ilə  M.Şəhriyar adına uşaq kitabxanasında “Vərəm haqqında biliklərimizi artıraq” mövzusunda görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Sabunçu rayon Qızıl Aypara bölməsinin sədri Elmira Məlikova görüş iştirakçılarını salamlayıb. AZQAC-ın İcmaya əsaslanan sağlamlıq proqramının rəhbəri Mətanət Qaraxanova  dərmanlara davamlı vərəm xəstəliyinin yayılmasından danışaraq, DST-ın son stratejik planına əsasən 2030-cu ilədək vərəmə son qoymaqla bağlı dünya ölkələri qarşısında duran öhdəliklər və hədəflər barədə məlumat verib. 

Sağlamlığa Xidmət İctimai birliyinin həkim koordinatoru Samirə Məmmədova xəstəliyin yayılma yollarından danışıb və bildirib ki, ölkədə vərəm xəstələrinə yönəlik ayrıseçkiliyin qarşısının alınması bu xəstəlikdən sağalma hallarının artmasına öz töhfəsini verə bilər. 

Daha sonra Sağlamlığa Xidmət İB-in sədr müavini Pərvanə Vəliyeva QHT Koalisiyasının yaranma tarixi və vərəmlə mübarizə sahəsindəki aktiv fəaliyyəti haqqında təqdimat edib. Məlumat verilib ki,  QHT-lərin aidiyyatılı dövlət qurumları ilə birgə səyi nəticəsində Azərbaycanda bu sahədə uğurlu nəticələr əldə olunub. 

Çıxış edən AZQAC nümayəndəsi və Koalisiyanın aktiv üzvü Sona Hacıyeva vurğuıayıb ki,  penitensiar müəssisələrdə vərəmə nəzarətin gücləndirilməsi layihəsi nəticəsində  vərəmdən ölüm hallarının sayı 1995-ci illə müqayisədə 10 dəfə azalıb. 

Tədbir boyu vərəmlə bağlı maarifləndirici bir neçə kiçik klip, sosial video çarx, və “Qışın isti nəfəsi” bədii filmi də nümayiş olunub.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə