Azay Quliyev SƏLİS-in ilk müqaviləsini təqdim edib
05 / 04 / 2019 17:14:11
Oxunma : 3530

Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev SƏLİS-in ilk müqaviləsini təqdim edib                                                    
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni brendi olan SƏLİS - Sürətli Əlaqələndirmə və Layihələrin İdaretmə Sisteminin 2019-cu ildə tətbiq  edilən ilk proqramı e-Növbə istifadəyə verilib.

 “E-növbə” xidməti qrant müsabiqəsinin qalibi olan QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını proqram vasitəsilə QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılıb. Yeni elektron xidmət vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında rahat və sürətli kommunikasiyanı təmin edir.

Aprelin 5-də e-Növbə proqramı çərçivəsində Şura ilə qalib QHT-lər arasında ilk qrant müqavilələri imzalanıb. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev ilk müqaviləni şəxsən QHT rəhbərinə təqdim edib. QHT TV-də bu prosesi yaxından izləyərək, QHT rəhbərlərinin yeni sistem ilə bağlı fikirlərini öyrənib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə