“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi ahıllar üçün ad günü tədbiri təşkil edib
01 / 06 / 2019 08:01:41
Oxunma : 3093

“Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi “Ahılların asudə vaxtının səmərəli təşkili” layihəsinin  icrasını davam etdirir.
Təşkilat  layihə çərçivəsində ad günü olan 5 ahıl şəxs üçün Maksim restoranında tədbir təşkil edib. 

Tədbiri girs sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki,  rəhbərlik etdiyi təşkilat Prezidnet yanında QHT-lər Dövlət Dəsətyi Şurasının maliyyə dəsətəyi ilə bir neçə layihə həyata keçirib. Bu ilki layihəmizin əsas məqsədi yaşlı insanların cəmiyyətdə inteqrasiyasına və sosial adaptasiyasına dəstək göstərməkdən ibarətdir deyə təşkilat rəhbəri bildirib.

Ad günü qeyd olunan 5 ahıl şəxslə yanaşı tədbirdə yaşlı nəslin təmsilçiləri və və ictiamiyyət nümayəndələri də iştiak edib. Ad günu olan şəxslərə hədiyyələr təqdim edilib.

 Tədbir axşam yeməyi və musiqili - əyləncəli proqram ilə davam edib. 

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə