“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib
13 / 06 / 2019 06:25:05
Oxunma : 636

Tədbir  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi (DAVİB)  tərəfindən həyata keçirilən ““Aprel döyüşləri-böyük zəfərin başlanğıcı” mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub. 

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə həyata keçirilir.  

QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan məktəbin direktoru Laləndər Hasilova məktəb haqqında qonaqlara məlumat verərək bildirib ki, məktəbin müəllim kollektivi şagirdlərin vətənpərvərlik ruhunda inkişaf etməsinə xüsusi diqqət yetirir. Bununla bağlı mütəmadi tədbirlər təşkil olunur.  

Daha sonra çıxış edən  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri”  İctimai birliyinin prezidenti  Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib. 
 
DAVİB prezidenti bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında Aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsindən ibarətdir. 
Nəsimi Qarabağlı qeyd edib ki, Aprel döyüşləri ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir.

İctimai Birliyin rəhbəri deyib ki, bu döyüşlərdə Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu.

Görüşdə iştirak edən “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə aprel döyüşlərinin nəticələrinin hərbi -strateji nöqteyi nəzərdən Azərbaycana verdiyi müsbət məqamlardan danışıb.

“Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyinin  qadınlar şurasının sədri Ülviyyə Cümayeva da öz çıxışında Azərbaycan qadınının da müharibə dövründə şücaət göstərdiyini qeyd edib. O, hər bir azərbaycanlının ümdə vəzifəsinin dövlətinə və millətinə xeyir verməsi olduğunu və gənclərin də bu ruhda böyüməsini arzu etdiyini qeyd edib.

Görüşdə iştirak edən məktəbin yuxarı sinif şagirdləri Aprel döyüşləri və eyni zamanda vətənpərvərlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər.   Layihə çərçivəsində aprel döyüşləri haqqında hazırlanan buklet İştirakçılara paylanılıb. 

Görüşdə fəal iştirak edən şagirdlər təşkilat tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə