Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş idman yarışı keçirilib
17 / 06 / 2019 09:22:59
Oxunma : 730

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi ictimai birliyi “Milli Qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş tədbirlərin təşkili“ layihəsi çərçivəsində iyunun 2-də Cüdo idman növü üzrə yarış keçirilib.

Yarışı Milli Qəhrəmanın yaxın qohumu Azad Şabanov açıb. Meydana Azərbaycanın Dövlət Bayrağı gətirilib. Dövlət Himni səslənib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışa start verilib. Tədbirdə QHT, MEDİA nümayəndələri , şəhidin doğmaları iştirak ediblər.

Milli Qəhrəman Tahir Həsənovun xalası Nazilə Budaqova ailə adından çıxış edərək Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu layihəni dəstəklədiyinə görə minnətdarlığını bildirdi. O qeyd etdi ki, bu yeniyetmələrin Tahir kimi qəhrəmanların adını hər zaman uca tutacaqlarına inanır.
İctimai birlik rəhbərləri Dünyaxanım Əliyeva, Muğam Əliyev, Telman Əliqasımov, Mətanət Əsgərqızı belə tədbirlərin önəmindən danışdılar. Onlar qeyd etdilər ki, müharibə hələ bitməyib. Ona görədə güclü gənclik yetişməlidir. Gənclər hər an başlayacaq müharibəyə hazır olmalıdılar. Daha sonra qalibləri mükafatlandırma başlayıb. Qaliblərə Kubok, Medal və Diplomlar təqdim olunub.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə