QHT-lərə Dövlət Dəstəyi Şurası məlumatlandırma sessiyası təşkil edib
17 / 06 / 2019 18:25:57
Oxunma : 2315

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası E-hesabat və layihələrin idarə edilməsi proqramı ilə bağlı məlumatlandırma sessiyası təşkil edib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov tədbirdə çıxış edərək e-hesabat və layihələrin idarə edilməsi proqramı barədə ətraflı məlumat verib.

O qeyd qeyd edib ki, e-hesabat və layihələrin idarə edilməsi proqram Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması,   eyni zamanda bu xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə yaradılıb.

İcraçı direktor vurğulayıb ki, yeni proqram Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq, fəaliyyətində şəffaflıq, hesabatlılıq əmsalını yüksəltmək məqsədilə 2019-cu ildə yaradılan 13 yeni elektron xidmətdən biridir.

Artıq proqramın QHT-lər tərəfindən istifadəsinə başlandığını bildirən icraçı direktor, məlumatlandırma sesiyası çərçivəsində proqramın imkanları və istifadə qaydaları haqqında QHT-lərə daha geniş informasiya veriləcəyini vurğulayıb.

Tədbirdə Katibliyin  məsləhətçisi Elnur Bağırlının proqramdan istifadə qaydaları haqqında təqdimatı dinlənilib, proqramdan istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda QHT nümayəndələrinin proqramla bağlı sualları cavablandırılıb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə