“İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsinin yekun tədbiri keçirilib
17 / 07 / 2019 12:49:46
Oxunma : 3249

Beynəlxalq Mətbuat Mərkəzində Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin təşkilatçılığı ilə“İnsan alverinin qurbanı olma!” devizi altında maarifləndirici tədbirlərin təşkili layihəsinin Yekun tədbiri keçirilib.

Tədbiri giriş sözü açan təşkilatın sədri Mehriban Abdullayeva layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd İnsan Alveri ilə mübarizə sahəsində dövlətimizin yeritdiyi siyasətə, gördüyü işlərə ictimai dəstək göstərmək, region gənclərinin internet üzərindən insan alveri qurbanına çevrilməsinin qarşısını almaqdır.
Bu istiamətdə Quba, Qusar, Gəncə regioanlarında gənclərlə fərdi söhbətlər aparılıb, maarifləndirici tədbirlər həyata keçirilib.

Təşkilat rəhbəri bildirib ki, layihənin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə KİV-lərdə insan alveri ilə bağlı geniş maarifləndirici məlumatlar yayımlanıb, bugün 1 milyondan artıq istifadəçisi olan FACEBOOK sosial şəbəkəsində bu yöndə təşkilatın yaratdığı qrup vasitəsilə mütəmadi olaraq gənclərə informasiyalar verilib.

Tədbirdə iştirak edən müxtəlif dövlət qurumlarının nümayəndələri, QHT təmsilçiləri, media işçiləri, gənclər çıxış edərək insan alverinə qarşı mübarizə mövzusu ilə bağlı fikirlərini bölüşüb və cəmiyyətdə bu cür halların olmasını qəti şəkildə pisləyiblər. bu istiqamətdə maarifləndirici tədbirlərin və bu cür layihələrin həyata keçirilməsinə ehtiyac duyulduğunu bildiriblər.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə