Bakıda ictimai iştirakçılıqla bağlı beynəlxalq konfrans keçirilib
19 / 07 / 2019 15:44:32
Oxunma : 3991

Bakıda İctimai şuraların fəaliyyəti və bu sahədə beynəlxalq və milli təcrübənin mübadiləsinə dair  konfrans keçirilib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi və Şəffaflıq Naminə Vətəndaş Cəmiyyətinin layihəsi çərçivəsində Açıq Hökumət Platforması ilə birgə təşkil olunan  tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələrinin, beynəlxalq ekspertlərin səmərəli müzakirələri olub.  

Tədbiri açıq elan edən  Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, konfransın  məqsədi ölkəmizdə “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi ilə əlaqədar İctimai Şuraların cari vəziyyətini və problemlərini müzakirə etmək, bu sahədə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək, ictimai iştirakçılıq sahəsində nailiyyətləri və bu sahədə yeni çağırışları diqqətə çatdırmaqdır.  

Qonaqları salamlayan  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) texniki ofisinin direktoru xanım Eileen Lavles də konfransın əhəmiyyətini vurğulayıb və bildirib ki,dövlətlə vətəndaş cəmiyyətinin birgə işi  mühüm rol oynayır, Azərbaycanda da ictimai şuraların effektiv fəaliyyət göstərməsi üçün beynəlxalq təcrübəyə yiyələnməsinə ehtiyacı var.  

 Tədbirin açılış nitqlərində sonra Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı direktoru Fərasət Qurbanov və digər ekspertlərin təqdimatları olub.  Fərasət Qurbanov çıxışı zamanı bildirib ki, ölkə rəhbəri tərəfindən hələ  2007-ci ildə QHT-lərin inkişına dair dövlət dəstəyi konsepsiyası qəbul olunub. Şurasının təsisatından sonra isə dövlət QHT-lərin 5 istiqamətdə inkişafına davamlı dəstəyini göstərib.  Daha sonra çıxış edən Qeyri-kommersiya hüququ üzrə beynəlxalq mərkəzin (ABŞ) Avrasiya ölkələri üzrə vitse-prezidenti xanım Natalia Bourjaily tədbir iştirakçılarına İctimai Şuraların yaradılması təcrübəsindən danışıb. 

Ekspert vurğulayıb ki, İctimai şuralar məşvərət xarakterli qurumlardır, onların daha səmərəli fəaliyyəti üçün əsas müvafiq qanunvericiliyin mövcudluğu və  siyasi iradəsinin olmasıdır. Azərbaycanda ictimai iştirakçılıqla bağlı qanunu mükəmməl hesab etmək olar, əsas məsələ ictimai nəzarətin və vətəndaş cəmiyyətlərinin aktiv və effektiv işinin təşkil olunmasııdr.  

Tədbir ictimai iştirakçılıq sahəsində milli təcrübə barədə təqdimatla davam edib.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Şəmkir rayon icra hakimiyyəti  yanında  yaradılan İctimai Şuralar barədə məlumat verilib. 

 Konfransda həmçinin təqdimatla çıxış edən xarici ekspertlər Luben Panov Bolqarıstan, Avazbek Khalbekov Özbəkistan, Gulmira Kuzhukeyeva Qazaxıstanda ictimai şuraların fəaliyyəti ilə bağlı milli təcrübələrini paylaşıblar.  Konfransın yekununda ayrı-ayrı mövzuların müzakirələri üzrə  3 qrup üzrə  sessiyalar təşkil olunub.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə