Gənclər arasında Vətənpərvərliyin təbliği mövzusunda tədbir keçirilib
22 / 07 / 2019 13:27:07
Oxunma : 3148


QHT.az Sosialxəbər.az-a istinadən  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin “Gənclər arasında Vətənpərvərliyin təbliği” mövzusunda ikinci tədbiri Qarabağ qazisi Natiq Əliyev tərəfindən yaradılmış “Mübariz İbrahimov adına rəsm qalereyası”nda keçirildi.

Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri Qarabağ qazisi, İlham Məhərrəmov çıxışı zamanı qeyd etdi ki; layihənin isrəli sürülməsində əsas məqsəd “Gənclər arasında Vətənpərvərliyin təbliği”, gənclər arasında Vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanmasına diqqət etməkdir. Bu yöndə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı daha böyük əhəmiyyət daşıyır: “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.

Tədbirdə Şəhid ailələri, Milli Qəhrəman ailələri, Qarabağ qaziləri, və digər qonaqlar da iştirak ediblər. İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Nazirlər Kabinetinin əməkdaşı F. Kazımov, İlqar Cəfərov, Təzadlar qəzetinin baş redaktorunun müavini Elçin Məmmədli, Milli Qəhrəman Fred Asifin qardaşı Ədalət Məhərrəmov və oğlu Azər Məhərrəmov, Aida Şirinova, Ravin Məmmədov, Ulvi Qədir, Sərxan Carçı, Araz Musayev çıxış edərək torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda milli şüur tərbiyəsinin aktual problem olduğununu vurğuladılar. Çıxışçılar qeyd etdilər ki, gənclər arasında Vətənpərvərlik hissinin yüksəldilməsi mövzusu daim gündəmdə olmalıdır.

Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunmalıdır.
Tədbirdə həm də Milli Qəhrəman Nofəl Zahid oğlu Quliyevin büstünün açılışı oldu. Açılışda Nofəl Quliyevin həyat yoldaşı və oğlu İlkin Quliyev, döyüş yoldaşları da iştirak etdilər. Tədbirin aparıcısı filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova, İslam Əzimov idi.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə