“ƏSA” teatr mövsümünü başa vurub
26 / 07 / 2019 11:08:51
Oxunma : 675

Əlilliyi olan aktyorlardan da ibarət ölkənin yeganə inklüziv “ƏSA” Teatrı mövsümünü “Adamlar və siçanlar” tamaşası ilə başa vurub. 

Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan Con Steynbekin eyniadlı əsəri əsasında hazırlanan tamaşa anşlaqla qarşılanıb. Ötən ilin sonu premyerası olmasına və bir neçə dəfə oynanılmasına baxmayaraq tamaşaçılar arasında təkrar baxışa gələnlər də vardı. 

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur. Rolları Elşən Əskərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz Qasımov, Cəmilə Məmmədli, Riad Sultanov, Fərid Əliyev, İmran Lələyev, Günay Məmmədova, Bəhram Rəhimli və Orxan Əliyev canlandırıblar.

Böyük rəğbətlə və alqışla bitən tamaşa sonrası quruluşçu rejissor Nihad Qulamzadə fikirlərini bizimlə bölüşüb.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə