Vərəm əleyhinə QHT Koalisiyasının növbəti tədbiri keçirilib
16 / 08 / 2019 19:51:17
Oxunma : 1815

Avqustun 15-də Park İnn Hotelində Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin təşəbbüsü və dəstəyi ilə Vərəm əleyhinə QHT Koalisiyasının növbəti tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə açan Səhiyyə Nazirliyi Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Aytən Hüseynova iştirakçıları salamlayıb və QHT-lərin bu sahədəki təşəbbüslərini yüksək qiymətləndirildiyini qeyd edib.
Daha sonra çıxış edən Vərəm əleyhinə QHT Koalisiyasının sədri və Sağlamlığa Xidmət İctimai Birliyinin sədri Elçin Muxtarlı tədbirin məqsədi və Koalisiyanın fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb.

Təşkilatın sədr müavini Pərvanə Vəliyeva təmsil etdiyi təşkilatın QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İlkin səhiyyə xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari tibbi sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi haqqında geniş təqdimatla çıxış edib.

Tədbirdə iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strateji təhlil şöbəsinin baş mütəxəssisi Rəşad Çobanlı İcbari tibbi sığortanın mahiyyəti və tətbiq etmə mexanizmi haqqında məlumat verib və tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirdə eyni zamanda Sağlamlığa Xidmət Ictimai Birliyinin sədri, Elçin Muxtarlı TB REP layihəsi çərçivəsində ölkəmiz üçün yenilik olacaq vərəmli xəstələrə mobil dəstək xidməti – One İmpact mobil proqramı haqqında təqdimat edib. O, mobil applikasiyanın imkanları haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən Sağlamlığa Xidmət Ictimai birliyinin layihə rəhbəri Samirə Muxtarova Qlobal Fond tərəfindən maliyyələşdirilən “Azadlığa buraxılan vərəmli xəstələrin müalicələrinin təşkili və izlənilməsi layihəsi”çərçivəsində görülmüş işlər barədə ətraflı çıxış edib. Tədbir müzakirələrlə davam edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə