Gənclər arasında vətənpərvərliyin təbliği mövzusunda tədbir keçirilib
21 / 08 / 2019 09:03:07
Oxunma : 2033

Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi “Gənclər arasında Vətənpərvərliyin təbliği” mövzusunda növbəti tədbirini 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində keçirib.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbiri giriş sözü ilə açan layihə rəhbərinin köməkçisi İlhamə Qəsəbova iştirakçılara layihə haqqında geniş məlumat verib. 

Daha sonra çıxış edən Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin sədri Qarabağ qazisi, İlham Məhərrəmov qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclər arasında vətənpərvərliyin təbliği, milli mənəvi şüurun inkişaf etdirilməsinə diqqət etməkdir. Natiq vurğulayıb ki, gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsi mövzusu daim gündəmdə olmalıdır. 

Torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda hər bir şəxs öz çalışdığı sahədə vətənpərvərliyin təbliğ olunmasına xidmət etməlidir. Sonra dövlət qurumlarının nümayəndələri, QHT rəhbərləri, Qarabağ qaziləri və digər iştirakçılar vətənpərvərlik mövzusunda çıxışlar ediblər. Tədbir vətənpərvərlik mövzusunda ədəbi kompozisiya ilə davam edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə