Əlilliyi olan insanlar da velosiped sürə bilər
28 / 08 / 2019 08:03:24
Oxunma : 1611

Dünyada əlilliyi olan insanlar da hamı kimi idmanın istənilən formasında özlərini sınayırlar Paraalimpiya idman növü olan handbike- əllə velosiped sürmə, əlilliyi olan insanlar üçün nəzərdə tutulub.

Avropada ötən əsrin 80-ci illərdən vüsət alan bu u idman növü Azərbaycanda hələlik yeni-yeni təşəkkül tapır. Və bu işdə ilkə imza atan təşkilat 1 ilə yaxındır yaradılan Əlil velosipedçilər Klubudur. Klubun yaradıcı və aparıcıları ilə görüşümüz elə velosiped muzeyindən başladı. Klub təsisçisi Amid Həsənquliyev handbike idman növünün əhəmiyyətindən və vacibliyindən danışıb. Amid bəyin ən böyük arzularından biri bu idman növü üzrə irəliləmək, dünyada keçirilən yarışlara qatılmaq , qalib kimi Azərbaycan bayrağını yüksəltməkdir. 

Amid Həsənquliyevlə söhbətimiz zamanı o bildirib ki, artıq klubla yanaşı əlil velosipedçilərə dəstək İB- də dövlt qeydiyyatına alınıb. Bu işdə dövlət qurumları ilə yanaşı, millət vəkillərindən də xeyir—dua alan təşkilatçılar mənəvi dəstəkdən xeyli razıdırlar. Əsas məsələ fəaliyyət üçün texniki bazanın əldə olunmasıdır. Müsahibimizlə söhbətimizi bu yerdə kəsib, bayaqdan danışdığımız handbike- əllə velosiped idmanının əyani nümayişini izləmək istədik. Klub fəalı Bəhlul Əliyev bizim üçün əllə velosiped sürmək bacarığını göstərdi. Qeyd edək ki, klubun əlində hələlik 2 velosiped var. Onlardan biri xariclədən alınıb, digəri isə qeyd olunduğu kimi əl əməyi ilə sifariş əsasında hazırlanıb. 

Inanırıq ki, yaxın illər ərzində əlilliyi olan insanların handbike idmanı ilə daha rahat məşğul olması üçün imkanlar yaradılacaq, bunu etmək bir elə çətin də deyil. Sadəcə istək və ardınca dəstək lazımdır.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə