Uşaqlara ən vacibi psixoloji dəstəkdir
28 / 08 / 2019 12:47:43
Oxunma : 1691

Azərbaycancada 68 mindən çox əlil uşaq var. Həmin uşaqların da hamı kimi təhsil almaq, əylənmək hüququ var. Təəssüf ki, çox halda uşaq və gənclərin bu hüquqlarının təmin olunmasında problemlər tam həllini tapmır. 

Amma nə yaxşı ki, onların cəmiyyətə inteqrasiyası üçün bir çox işlər, fəaliyyətlər göstərən təşəbbüskarlar var. 
Paraolimpiyaçı taekvando üzrə 2 qat dünya, 3 qat Avropa çempionu, “Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" İctimai Birliyinin sədri Aynur Məmmədova artıq illərdir, bu kateqoriyadan olan xüsusilə uşaqların cəmiyyət arasında yer qazanması, onlara həm tibbi, həm psixoloji, həm də idmanla məşğul olaraq reabilitasiyasına dəstək göstərir.

 Keçirilən tədbirlər nəticəsində təşkilat tərəfindən onlarla 3yaşdan- 30 yaşa qədər olan insanın hərtərəfli inkişafına nail olunub. Dəstək verilən uşaqlardan 25-i artıq paraolimpiya oyunları ilə məşğuldurlar. Taekvando idman növü ilə yanaşı, üzgüçülük, bossia üzrə də uğurlar əldə edən, paraolimpiya idman yarışlarında qalib olan uşaqlar da var. Hazırda görülən işlər əlilliyi olan uşaqların psixoloji reabilitasiyası üzərində cəmlənib. Elə Aynur Məmmədovla müsahibəmiz təşkilatın keçirdiyi və müxtəlif və vacib mövzuları əhatə edən psixoloji təlimlərdən birində baş tutdu. 

Bir daha vurğulayaq ki, , əlil uşaqların eləcə də əlilliyi olan insanların cəmiyyətdə güclü olması, uğurlar qazanması , bərabər imkanların yaradılması üçün onların ən əvvəl psixoloji dəstəyə ehtiyacı var. Bu ən başda gələn vacib məsələdir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə