QHT TV-nin Xəbərlər Blokunun növbəti buraxılışı hazırlanıb
Xəbərlər Blokuna QHT-lərin həyata keçirdiyi tədbirlər ilə bağlı informasiya və reportajlar daxil edilib.
Xəbərlər Blokunun X buraxılışında aşağıdakı informasiyalar yayımlanıb:
• Şuranın dəstəyi ilə sosial-psixoloji xidmətlərə həsr olunmuş ictimai maarifləndirmə tədbiri keçirilib.
• Tərtərdə vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib.
• Şuranın dəstəyi ilə "Qəhrəman.az" saytı yaradılıb.
Qeyd edək ki, Xəbərlər Bloku "İnformasiya Təşəbbüslərinə Dəstək" ictimai birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyəti təşkilatları üçün yeni media imkanlarının yaradılması” layihəsi çərçivəsində hazırlanır və QHT TV-nin internet saytı (www.qhttv.az) və qht.az saytı vasitəsi ilə yayımlanır.