Türkiyədən olan hərbi yönümlü QHT nümayəndələri Bakıdadır
12 / 09 / 2019 09:56:23
Oxunma : 777

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin dəvəti ilə bir qrup Türkiyədən olan hərbi yönümlü QHT nümayəndələri Bakıdadır.

Nümayəndə heyətinə Türkiyə Əməkli Subaylar Dərnəyinin, Türkiyə Müharib Qazilər Dərnəyinin, Türkiye Harp Malülü Gaziler ve Şehit Yakınları Dərnəyinin, Kıbrıs Türk Mukavemet Teşkilatının rəhbər heyəti və üzvləri daxildir.

Qardaş ölkənin vətəndaş cəmiyyəti təşkilatları nümayəndələri Bakının işğaldan azad olunmasının 101 illiyi münasibətilə keçiriləcək tədbirlərə qatılacaqlar.

Nümayəndə heyəti ilk olaraq Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.

 Daha sonra nümayəndə heyəti Türkiyənin Azərbaycandakı Səfirliyi, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar ittifaqı və Tərxis Olunmuş Hərbçilərin Gəncləri maarifləndirmə İB-nin birgə təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 101 illiyinə həsr olunmuş sərgi-tədbirdə iştirak edəcəklər.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə