Azərbaycanda gələcəyin yenilikçi texnologiya mühəndisləri hazırlanır
02 / 10 / 2019 11:18:13
Oxunma : 1879

Elm sürətlə inkişaf edir: demək olar ki, hər gün yeni kəşfləri gətirir, həmçinin robottexnika sahəsində. Üstəlik, məhz bu elm sahəsi getdikcə bütün dünyada daha populyar olur. 

Dronlardan başlayaraq yüksək texnologiyalı protezlərlə bitirərək, xüsusilə mürəkkəb və təhlükəli işlər üçün robotlar, robot avtomobillər ilə bitirərək- dünyada daha çox robot peyda olur və çoxları daha mükəmməl, daha ağıllı maşınları yaratmağa çalışırlar.
Robototexnika ilə təkcə alimlər deyil, həm də adi insanlar maraqlanır. Və, əlbəttə ki, uşaqlar. Robot texnologiyasından istifadə edərkən və robot dizayn edərkən onlar bir alim, mühəndis və ya bir dizayner kimi düşünür, zaman keçdikcə gündəlik həyatdakı problemləri araşdırmağa başlayır, bu problemlərə həll tapmaqda daha bacarıqlı olacaqlar. 

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri 60 nömrəli məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın “I Mühəndislik və robototexnika” layihəsi istedadlı şagirdlərin aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, texnologiya ilə işləmək qabiliyyətilərnin inkişaf etdirilməsinə xidmət edir. 

“I Mühəndislik və robototexnika” layihəsi çərçivəsində 25.09.2019 -cu il tarixdə Bakı şəhər 60 nömrəli tam orta məktəbdə layihə çərçivəsində şagirdlər üçün növbəti təlim keçirilmişdir. Təlimdə , “Mars Academy MMC”-nin, “Demokratik Gənclər” İctimai Birliyinin, layihədə nümayəndələri iştirak edirdi. 
“I Mühəndislik və robototexnika” müsabiqəsi layihəsinin rəhbəri Bakı şəhər 60 nömrəli tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Arifə Balakişiyevanın sözlərinə görə layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlərə başlanılıb. Robototexnika sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar. 

Bu layihə əsasında Bakı şəhər 60 nömrəli tam orta məktəbdə müasir tələblərə cavab verən Robotexnologiya Mərkəzinin yaradılması nəzərdə tutulub. 
Layihə bitdikdən sonra müsabiqə elan olunacaqdır. Müsabiqədə qalib gələn məktəblərin şagirdləri mükafatlandırılacaqdır. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin kreativliyini və onlarda ixtiraçılıq qabiliyyətini inkişaf etdirməkdir.
Layihənin monitorinqini və düzgün qiymətləndirilməsi üçün, bu sahədə böyük təcrübəyə malik olan, “Demokratik Gənclər” İctimai Birliyinə həvalə olunacaqdır.
Kateqoriya

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə