Bakıda “Əlilliyi olan heç bir şəxs kənarda qalmasın – müyəssərlik ilə inklüziyaya doğru” beynəlxalq konfransı keçirilir
03 / 10 / 2019 10:32:11
Oxunma : 1714

Bakıda BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Əlil Təşkilatları İttifaqının dəstəyi ilə "Heç bir əlilliyi olan şəxs kənarda qalmasın - müyəssərlik ilə inklüziyaya doğru" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

QHT.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək güllər qoyublar. Konfransın əsas məqsədi BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyasının 9-cu maddəsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 11-ci məqsədi əsas götürülərək ətraf mühitin əlilliyi olan şəxslər üçün müyəssərliyinə dəstək olmaqdır.

Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli konfransı açaraq 14 ölkədən gələn nümayəndələri salamlayıb və tədbirin mövzusunun aktuallığından danışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əlilliyi olan şəxslərin reyestrinin formalaşması, əlliliyin qiymətləndirilməsi, əlillik meyarların beynəlxalq standartlara uyğunlaşdırılması, reabilitasiya sisteminin təkmilləşdirilməsi və digər məsələlərlə əlaqədar çıxış edib.

BMT-nin İnklüziv Sosial İnkişaf üzrə Departament direktoru Daniela Basının konfrans iştirakçılarına videomüraciəti səsləndirilib. BMT-nin Azərbaycandakı rezident -əlaqələndiricisi Qulam İshaqzai, Milli Məclisin deputatı Hadi Rəcəbli, Beynəlxalq Əlil Təşkilatları İttifaqının sədri Vasili Nazarenko və Rusiya Əlillər Cəmiyyətinin sədri Mixail Terentyev çıxış ediblər.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə