Məzun evinin sakinləri yeni peşəyə yiyələnir
16 / 10 / 2019 11:11:42
Oxunma : 716

Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin "Məzun evi" Sosial Müəssisəsində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaq evləri və internat məktəbləri məzunları üçün tikiş üzrə dərslər keçirilir.

Tikiş kursu Qadınlara Dəstək Cəmiyyətinin həyata keçirdiyi “İnternat məktəblərindən məzun olmuş qadınlara dəstək layihəsi” çərçivəsində təşkil olunub.

Layihənin rəhbəri Pərvanə Vəliyevanın sözlərinə görə “İnternat məktəblərindən məzun olmuş qadınlara dəstək layihəsi”nin əsas məqsədi “Məzun evi”ndə yaşayan kimsəsi olmayan, valideyn himayəsindən məhrum olmuş insanların peşə sahibi olmaqla onlarda özünə inam hissini yaratmaq və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.

Tikiş kursunda təhsil alanlar arasında “Məzun evi” ndə toxuculuq müəllimi işləyən Bahar Şıxıyeva da var. İllər öncə yaşadığı bədbəxt hadisə nəticəsində aldığı xəsarət onun həyatını dəyişir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə