Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişaf İndeksinin 2018-ci il üzrə Azərbaycan ölkə hesabatı təqdim edilib
16 / 10 / 2019 13:42:27
Oxunma : 1536

ABŞ İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının İnkişaf İndeksinin (USAİD Sustainability İndex) 2018-ci il üzrə Azərbaycan ölkə hesabatı ictimaiyyətə təqdim olunub.

 Bu hesabat 20 ildir hər il yenilənir və dünyanın 70-dən çox ölkəsində vətəndaş cəmiyyəti təşkilatlarının hüquqi mühiti, maliyyə davamlılığı, ictimai vəkillik, ictimai imici və digər meyarları üzrə dəyərləndirir.

Təqdimat mərasimində dövlət qurumlarının, Azərbaycanda fəalliyət göstərən beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycan üzrə hesabatı təqdim edən QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə bildirib ki, 2018-ci il üzrə Azərbaycan üçün 5.9 bal verilib, bu da keçən il ilə müqayisədə 0.1 bal irəliləyişi göstərir. Eyni zamanda 2018-ci ildə VCT dayanıqlığı indeksi 2014-cü ildən birinci dəfərdir ki, müsbət tendensiya nümayiş etdirir.

2018-ci il üzrə ölkəmizdə 7 sahədən beşində müsbət irəliləyiş müşahidə olunub (hüquqi mühit, maliyyə dayanıqlıqı, ictimai maraqların müdafiəsi, infrastruktur, ictimai imic); iki sahə üzrə isə vəziyyət 2017-ci il ilə müqayisədə dəyişməyib (təşkilatı potensial və xidmətlərin göstərilməsi).


Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə