Sumqayıtdakı İctimai Birlik bacarıqlı əlillərə dəstək verir
18 / 10 / 2019 12:25:03
Oxunma : 619

Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək (ƏŞSMİD) İctimai Birliyi bir neçə il əvvəl fəaliyyətə başlasa da, artıq xeyli işlər görüb. 

 Sumqayıtda yerləşən İctimai Birliyin hazırda  70 dən çox üzvü və 12 könüllüsü var. Birliyin əsas məqsədi əlilliyi olan şəxslər  üçün bərabər   imkanların yaradılması ilə onların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eləcə də,  əlillərin sosial müdafiəsi və sağlamlığının qorunması  əlilliyin qarşısının alınması, əlilliyi olan şəxslərin yaradıcılıq potensialının inkişaf etdiliməsinə  yardım etmək və onları peşəyə, təhsilə cəlb etməkdir. 

Səbinə Kərimovanın rəhbərlik etdiyi təşkilatın  bu günə qədər həssas qrupun maarifləməsi, tədrisi ilə bağlı reallaşdırdığı layihələrin uğurlu nəticələri olub. Belə layihələrdən biri də   əlilliyi olan xanımların əl işlərinin sərgisini təşkil etmək, onlara hər cür dəstəyin göstərilməsidir. Təşkilatın imkanlarından yararlanan xanımlar bu gün də ictimai birlikdən razılıq edirlər və əməkdaşlıq davam edir. Bir qrup xanım hətta öz büdcəsini yaratmaq imkanı əldə edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə