Ədliyyə Nazirliyində QHT nümayəndələri üçün təlim keçirilib
22 / 10 / 2019 13:05:56
Oxunma : 559

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin təşkilatçılığı ilə "Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlim keçirilib.

Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Səbinə Salmanova, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və "MG Consulting" şirkətinin direktoru Məhəmməd Quluzadə təlimdə ekspert qismində iştirak ediblər.

Ekspertlər dünyanın hər yerində vətəndaş cəmiyyətinə böyük inam və etimad göstərildiyini, lakin bu inam ve etimaddan bəzən xeyirxah məqsədlərlə deyil sui istfadə edildiyini təəssüf hissi ilə qeyd ediblər.

Onlar həmçinin vətəndaş cəmiyyəti seqmentlərinin, əsasən dini icmaların, xeyriyyə fəaliyyət ilə məşğul olan və böyük maliyyə vəsaitlərinə sahib olan vətəndaş cəmiyyəti təşkilatlarının çirkli pulların yuyulmasında, terrorizmin maliyyələdirilməsində və muzdluların toplanmasında alət kimi istifadə edildiyinə diqqət çəkiblər.

Təlim zamanı "Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” barəsində iştirakçıları məlumatlandıran eskpertlər bildiriblər ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə riayət etməklə QHT lər özlərini terrorizmin maliyyələşdirilməsində və şirkli pullarin yuyulmasında istifadə edilən müxtəlif metodlardan sigortalaya bilərlər.

Keçirilən təlimlə bağlı QHT TV-yə müsahibə verən Ədlıyyə Nazirliyinin QHT-lərlə iş şöbəsinin əməkdaşı Nərmin Zamanova "Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlimlərin paytaxtla yanaşı ilə Gəncə, Şirvan, Qəbələ Quba şəhərlərində keçirildiyini bildirdi.

Təlimin eksperti Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, bir neçə aydır ki, “Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun monitorinqi iştirakçılarından biri olan vətəndaş cəmiyyəti təşkilatları üçün Ədliyyə Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.

Təlimə qatılan müxtəlif QHT, ictimai birliklər və fondların rəhbərləri də çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparılması ilə bağlı öz fikirlərini səsləndiriblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən tədbir sual-cavab bölümü ilə yekunlaşıb.

Keçirilən təlimlə bağlı QHT TV-yə müsahibə verən Ədliyyə Nazirliyinin qeyri-hökümət təşkilatları ilə iş şöbəsinin əməkdaşı Nərmin Zamanova "Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə QHT-lərin öhdəlikləri” mövzusunda təlimlərin paytaxtla yanaşı ilə Gəncə, Şirvan, Qəbələ Quba şəhərlərində keçirildiyini bildirdi.

Təlimin eskperti Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin sözlərinə görə, bir neçə aydır ki, “Çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunun monitorinqi iştirakçılarından biri olan vətəndaş cəmiyyəti təşkilatları üçün Ədliyyə Nazirliyi tərəfindən maarifləndirici seminarlar keçirilir.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə