“Vətəndaş Cəmiyyəti Təşkilatları Ölçü Meyarı” təqdim olunub
02 / 12 / 2019 11:13:00
Oxunma : 7597

27 noyabr 2019-cu il tarixdə Avropa İttifaqının 2017-2018-ci illər üzrə “Vətəndaş Cəmiyyəti Təşkilatları Ölçü Meyarı” adlı Azərbaycan ölkə hesabatı təqdim edilmişdir. Bu hesabat ilk dəfə hazırlanmaqla Şərq Tərəfaşlığı ölkələrində qanunvericilik və təcrübə üzrə vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) 10 sahə, 30 standart və 161 göstərici əsasında vəziyyətini təhlil edərək dəyərləndirir və inkişaf üçün zəruri tövsiyələri müəyyən edir.

Azərbaycan üzrə hesabatı təqdim edən QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə bildirmişdir ki, hesabat ilk dəfə tətbiq olunmağa başlasa da, birləşmə azadlığı, bərabər rəftar, maliyyəyə çıxış, dinc toplaşmaq azadlığı, qərarların qəbulunda iştirak hüququ, ifadə azadlığı, şəxsi toxunulmazlıq hüququ, dövlətin qorumaq öhdəliyi, dövlət dəstəyi və dövlət-VCT əməkdaşlığı sahələrində 2017-2018-ci illər üzrə Azərbaycanda VCT mühitinin ətraflı dəyərləndirilməsini əks etdirir, həmçinin, mövcud problemləri, onların aradan qaldırılması yollarını göstərməklə yanaşı, hesabat dövründə əldə edilmiş nailiyyətləri də işıqlandırır.

2018-ci ildə qanunvericiliyə, xüsusən Vergi Məcəlləsinə edilmiş bir sıra dəyişikliklər,  VCT-lərin müxtəlif dövlət qurumları ilə İctimai Şuralar vasitəsilə iş birliyi də daxil olmaqla, ötən illərlə müqayisədə daha çox əməkdaşlıq imkanlarının mövcud olması, xarici qrantların sayının artması və s. hesabatda müsbət irəliləyişlər kimi qeyd edilmişdir.
Hesabatda problemli məsələlər kimi VCT-lərin, qrant və ianələrin, xidmət müqavilələrinin qeydiyyatı proseduru, rayonlarda tədbirlərin keçirilməsi üçün icazələrin alınması və s. göstərilmiş, 10 sahə üzrə ümumilikdə 37 tövsiyə müəyyən edilmişdir. VCT-lərin hesabat öhdəliklərinin, hüquqi şəxslərin dövlət reyestrindən yeni çıxarışın alınması prosedurunun sadələşdirilməsi, regionlarda tədbirlərin keçirilməsinə icazə tələbinin ləğvi, qrant və ianələrin qeydiyyatını sadələşdirilməsi, xidmət müqavilələrinin qeydiyyata alınması tələbini ləğv edilməsi, kommersiya şirkətlərinin mənfəətinin 10%-dən çox olmayan hissəsinin VCT-lərə köçürülməsi mexanizminin hazırlanması və s. tövsiyələr kimi hesabatda yer almışdır

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə