Gözəl ifası onu hər kəsdən fərqləndirir- əlilliyi aşan tələbə Aysel
23 / 12 / 2020 12:17:54
Oxunma : 7774

Ölkədə əlilliyi olan istedadlı gənclərdən biri olan müsahibim Aysellə tanışlıq hər kəsdə xoş təəssürat və heyranlıq yaradır. Özünün dediyi kimi uşaqlıqdan dinc dayanmayan və istedadını ölkədən kənarda nümayiş etdirən gəncimizin uğur hekayəsi xeyli uzundur. O ölkəmizi tək Vətənində, qardaş Türkiyədə deyil, həm də Gürcüstan, Ukraynada keçirilən beynəlxalq festivallarda təmsil edib. Gözəl ifaları ilə müsabiqə qaliblərindən olub. İştirakçısı olduğu tədbirlərdən əldə etdiyi saysız diplom, sertifikatları Ayselin güclü əzmi, böyük hədəfləri olduğundan xəbər verir. Tələbə Aysel yaşıdları və əlilliyi olan gənclərə gözəl nümunədir. Bu reportaj Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanımışdır.



Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə