Vərəm əleyhinə QHT koalisiyasının 2020-ci ilin yekununa dair hesabat toplantısı keçirilib
21 / 02 / 2021 12:12:15
Oxunma : 343

2020-ci ildə dünya ölkələrində koronovirus səbəbindən bütün sahələrdə fasilələr oldu. Pandemiya Azərbaycandan da yan keçmədi. Buna baxmayaraq, bir çox QHT işinə ara vermədi, işini dondurmadı. Fəal QHT üzvlərini birləşdirən Vərəm Əleyhinə Koalisiya ötən ildəki fəaliyyəti ilə bağlı yekun toplantısında görülən işlər barədə hesabat təqdim edib.

Hesabat konfransına koalisiyanın təsisçisi Sağlamlığa Xidmət İB-nin rəhbəri Elçin Muxtarlının təqdimatı ilə start verilib. O, bildirib ki, 2020-ci ildə pandemiya şərtlərinə əməl edilərək, layihələrin benefisiarları ilə birgə xeyli onlayn görüşlər keçirilib. QHT sektorunda vərəmlə mübarizə proqramı uğurla davam etdirilib.

Daha sonra çıxış edən Sağlamlığa Xidmət təşkilatının sədr müavini Pərvanə Quliyeva ötən il keçirilən tədbirlər, təlimlər haqqında, həmçinin TB-REP proqramının növbəti mərhələsi barədə məlumat verib. O, proqram çərçivəsində ötən il ölkə üçün vacib olan vərəmlə əlaqədar mobil tətbiq barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirə çıxışı ilə davam edən Qırmızı Aypara Cəmiyyətinin fəal üzvü Sona Hacıyeva isə bildirib ki, ötən il əsas fəaliyyət istiqamətləri əsasən əhali arasında psixo-sosial məlumatatlandırmadan , humanitar dəstəkdən, xüsusən miqrant, kimsəsizlərə və vərəmli xəstələrə yardımdan ibarət olub.

Toplantıda çıxış edən Vərəmsiz Gələcəyə doğru İB –nin sədri Çingiz Ramazanlı ötən il rəsmi qeydiyyatdan keçən təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. Hələ 2017-ci ildən təsis olunan təşkilata sosial problemi olan, pensiya təminatı və əlillik dərəcəsinin alınması iə bağlı müraciətlər olunub. Təşkilat vərəmli xəstələrin problemlərinin araşdırılması və müvafiq nazirliyə çatdırılmasına və qismən həllinə nail olub.

Təqdimatçı İnkişafa Doğru Qadın Təşəbbüsü İB-nin rəhbəri Ziba Nəbiyeva təşkilatın 2020-ci ildə icra etdiyi layihə barədə məlumat verib. O, layihə çərçivəsində infeksion xəstəliklər, o cümlədən viruslu hepatitlər, Covid-19 –la mübarizə ilə bağlı görülən fəaliyyətin istiqamətlərindən söz açıb.
Hesabat toplantısı koalisiyanın digər üzvlərinin məlumatlandırma çıxışları və müzakirələriylə davam edib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə