QHT keçmişdə məhkum olmuş şəxslərin peşə təhsilinə yiyələnməsinə dəstək olub
27 / 10 / 2021 11:43:15
Oxunma : 4710

Sağlamlığa Xidmət keçmişdə məhkum olmuş şəxslərin peşə təhsilinə yiyələnməsinə dəstək olub
QHT.az xəbər verir ki,  “Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək- SPERA 2” proqramı çərçivəsində baş tutan “Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərin peşə hazırlığı”  layihəsi yekunlaşıb. 
Layihəni icra edən və uğurla həyata keçirən Sağlamlığa Xidmət İctimai birliyi işin nəticəsi ilə bağlı hesabat konfransı keçirib.

Tədbirdə layihə haqqında məlumat verilib və bildirilib ki, Avropa Şurası və Avropa İttifaqının maliyyə dəstəyi ilə baş tutan SPERA 2 Proqramına dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da cəlb edilib. 

Sağlamlığa Xidmət İctimai Birliyi də bu mövzuda təcrübəsi olan vətəndaş cəmiyyəti təşkilatı kimi layihəni uğurla həyata keçirib. 
Qeyd olunub ki, Sağlamlığa Xidmət İctimai birliyi hələ 2011-ci ildən Qlobal Fondun maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əməkdaşlıq müqaviləsi çərçivəsində azadlığa buraxılan vərəm xəstələrinin müalicəsinin mülki sektorda izlənilməsi layihəsini həyata keçirir. “Cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan şəxslərin peşə hazırlığı layihəsi həmin fəaliyyətin davamı hesab oluna bilər. Bu azadlığa buraxılmış insanların sonrakı həyatına dəstək proqramı kimi vacib addımdır. 
9 ayı əhatə edən layihədə 6 peşə sahəsi üzrə ixtisaslaşma aparılıb və iştirakçılar peşə sertifikatı ilə təmin olunublar. Hətta artıq onların bir neçəsinin işlə təminatına nail olunub.
 Tədbirin sonunda layihəyə həsr olunan videoçarx qonaqlara təqdim olunub.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə