Regionlarda ictimai iştirakçılıq - Salyandan reportaj - VİDEO

15 / 04 / 2022 07:29:03
Oxunma : 3909

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyəsi ilə həyata keçirilən “İctimai İştirakçılığın təşviqi” layihəsinin növbəti dayanacağı Salyan rayonu olub.

Layihənin icraçısı İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin rəhbəri Cəsarət Hüseynzadənin təşkil etdiyi toplantıda Salyan rayon İcra hakimiyyəti tərkibində fəaliyyət göstərən ictimai şura üzvləri ilə görüş olub.

Görüş zamanı təqribən bir ilə yaxındır işə başlayan ictimai şuranın gördüyü tədbirlər baradə danışılıb. Məlum olub ki, qısa vaxt ərzində Salyan ictimai şurası dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində vətəndaş cəmiyyətinin təmsil edilməsi, aidiyyəti məsələlər üzrə rəylər, təkliflər verilməsi istiqamətində artıq müsbət təcrübə əldə edib.

Həmçinin vurğulanıb ki, şura rayon üzrə vətəndaş cəmiyyətinin bu fəaliyyətə dəstək verməsi üçün təbliğatını davam etdirir.

Ötən vaxt ərzində ictimai şura üzvləri salyanlıların sosial problemlərinin araşdırılması, müraicətlərin dinlənilməsi yönündə xeyli addımlar atıb, həmçinin şəhid və qazi ailələrni ziyarət edərək onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün səlahiyyətləri daxilində dəstəyin verilməsini təmin ediblər.

Tədbirdə nəzərə çatdırılıb ki, İctiami Şura üzvləri son olaraq Salyan rayon icra hakimi Sevindik Hətəmovla görüş keçirib, region üzrə vacib olan ekoloji problemlərin və onların həllinə dair məsələlər rayon rəhbərinin diqqətinə çatdırılıb.

Görüşün əsas mövzusu Kür çayında süyün səviyyəsinin kəskin surətdə azalması olub.

Qeyd olunub ki, bu problemin mövcudluğu tək əkin sahələrinin suvarmasında fermerlərin işinə deyil, həm də rayon əhalisinin içməli su istehlakına zərbə vurub. Dövlət qurumunun diqqətinə çatdırılan problemlərin həlli yolları müzakirə edilib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə