Regionlarda ictimai iştirakçılıq - Şirvandan reportaj - VİDEO

18 / 04 / 2022 13:08:55
Oxunma : 4344

Azərbaycanın daha bir bölgəsi olan Şirvanda ictimai iştirakçılığın təşviqi layihəsi çərçivəsində tədbir keçirilib. Şirvan Şəhər icra hakimiyyətinin yanında fəaliyyət göstərən ictimai şuranın üzvləri, eləcə də şəhərin aktiv nümayəndələri ilə keçirilən görüşdə qarşılıqlı məlumat mübadiləsi aparılıb, həmçinin görüləcək işlər barədə söhbət açılıb.

“İnformasiya təşəbbüslərinə dəstək” İB-nin sədri, layihə rəhbəri Cəsarət Hüseynzadə çıxış edərək bir daha ictimai iştirakçılığın cəmiyyət üçün vacib olan tərəflərini, ictimai şuraların vəzifələrini xatırladıb.

Layihə rəhbəri həmçinin vurğulayıb ki, 2014-cü ildə ictimai şuraların yaradılması ilə bağlı müvafiq qanun qəbul olunsa da, yalnız ötən il 2021-ci ildə ictimai şuraların təşkili prosesi başa çatdırılıb, natamam işlər isə bitmək üzrədir.

Tədbirdə məlumat verilib ki, Şirvan şəhəri icra hakimiyyəti yanında fəaliyyət göstərən və 7 nəfər fəal üzvdən ibarət ictimai şura, ötən müddət ərzində bölgə üzrə problemlərin, hər hansı məsələ üzrə müraciətlərin araşdırılmasına zaman ayırıb, icra hakimiyyətinin müvafiq şöbələri ilə görüşlər keçirilib.

Tədbir, iştirakçıların qızğın müzakirələri ilə davam edib, ictimai şura üzvlərinin irad və təklifləri səsləndirilib.

Xəbərlər

Ən çox oxunanlar

@ 2017 QHT TV
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Tel: (994 55) 325 18 38 | E-mail:[email protected]
Baş direktor: Cəsarət Hüseynzadə